The largest and the best home page
Olmazmi search
tr
en
home page sites rsses
   
 There are thousands of flash games in Oyunvarmi.com Click here to go Oyunvarmi.com.

General - Sahil RSS

Yeni ilin ilk günlərində şad xəbər @ 03-01-2009 06:39
Salam əziz dostlarım, yeni iliniz mübarək. inşallah yeni il bütün xalqımız üçün uğurlu bir il olsun.Yeni ilin ilk günündə AzəriBlog üçün bir gözəl dəyişik oldu. Google yeni ilin ilk günündə internet səhifələrinin Page Rankin yeniləndirdi və bu yenilikdə AzəriBlogın səviyyəsi yüksəlib 5 oldu. və həmin halda şəxsi blogım sahildəyüksəlib 4 oldu. Ümidvarəm ki bu il AzəriBlog üçün daha uğurlu olsun

AzəriBlog və onun yeni serveri! @ 23-12-2008 13:30
Keçən 4-5 gün həyatımın ən dəhşətli günlərindənidi! AzəriBlog saytının böyüyüb şişməsi və bloglar və istifadəçilərin çoxalması, serverdə problemlər yaratmışdı və saytı bir yeni güclü serverə köçürmək lazimidi.Dünyanın ən məşhur hosting şirkətlərinin biri olan XLhost şirkətindən ən güclü bir yeni server götürdüm və saytı ora köçürməyə başladım, amma iş düşündiyim kimi asan olmadı, saytı bütün fayllarıla yeni serverə köçürmək çox çətin oldu! əvvəl 1-2 gündə işimiz heç uğurlu olmadı, amma dünən yeni bir yol tapıb dostlarımın köməklərilə saytı bütün bloglar və fayllarıla yeni serverə köçürdüm.Və qaldı yeni serverdə sistemin proqralarının yükləməsi və bu işdə çox vaxt apardı, amma nəhayət ki işlər hamısı uğurla bitdı və hər şey öz qaydasında oldu.Bu 3-4 gündə həyatımın ən pis günlərini keçirdim, yaradıb bəslədiyim layihə, yernən göy arasında qalmışdı və istifadəçilərin nigərançılıqları və narahtlıqıarına düşünmək məni çox narahat edirdi. Bu aradə çoxlarıda elə fikirləşdilər ki AzəriBlog artıq bitdi! Amma dostların bəziləri mənə müraciət edəndə səbəbi dediyim zaman, saytın genişlənib və inkişaf olunmasına sevinirdilər.Hər halda bu server dəyişmə və saytı köçürmə işləri bitdi, hər 1-2 ildə belə şeylərin olması təbiidir. Amma bu dəfə bəzi problemlərə görə iş bir az yübandı və narahatlığlara səbəb oldu.Yazının sonunda qeyd etməliyəm ki inşallah yeni serverimiz daha güclü işliyəcək və saytda olan problemlər inşallah artıq olmiyacaq. Bütün narahatlıqlar və saytdakı problemlər üçün hammınızdan üzr isteyirəm və ümid edirəm ki bu dəyişiklər və yeniliklər layihəmizin inkişafına kömək etsin.

Faydalı Bloglara reklam @ 22-11-2008 18:23
Neçə vaxtdır ki AzəriBlogın əsas səhifəsində AzəriBlog sisteminin faydalı blogların reklam etməyə başlamışam. təbii ki sistemin bütün faydalı blogların reklam etmək üçün vaxt olmiyacaq amma hələlik vaxt çatanları reklam edək, görək sonrası necə olur. Belə faydalı blogları saytda reklam etməkdə dəyərli blogçularımızdan heç təmənnamız yoxdur bəlkə bu bizim borcumuzdur. necə edək ki əlimizdən gələn budur!Ramindən başladıq, Esma Nurun annesinə çatdıq, Vüsalın yorumları olan blogu reklam etdik və növbəti blogçımız Cavidan indi ekranda.  İnanın ki sonraki reklam üçün olan blogçunu heç özümdə hələ bilmiyəm. (inşallah ki sizin blogınız olar.)  hər blogın reklamı 10 gün saytdə gedəcək və beləliklə ayda 3 blogı reklam etməyə imkanımız olacaq.Bütün dostlarımız üçün uğurlar  

TopLinkBox.com @ 10-11-2008 15:51
Blog və saytlar üçün Google də yüksək səviyyəyə (Page Rank) malk olmaq üçün ən rahat və asan yol, digər saytlar və bloglardan keçid (link) almağdır. bəkədə çox saytlar və bloglar sizə keçid verməsinlər və buna razi olmasınlar. o zaman necə keçid almaq olar? İnternetdə çoxlu Kataloq saytları var ki müxtəlif bölmələrdə saytları list edirlər. və list olan saytlar özlərinə bir keçid qazanırlar. Bu günkı yazımda bir yeni saytı təqdim etmək istədi. TopLinkBox.bu saytda çox sadə və qısa zamanda saytınıza uyğun bir bölmə seçib və  əlavə edəbilərsiz.  əgər bu saytdan istifadə edirsizsə, ümidvaram ki razi olarsız.

MırtXana: Tanışlıq və dostluq məkanı @ 25-10-2008 13:13
MirtXana.com saytın yaratdım!Sayt chat sistemidir və saytda iki təyin edilmiş otaq var: Gəlin tanış olaq! (Dostluq və tanışlıq məqsədilə) və Blog və Blogçular (AzəriBlog və digər sistemlərdə məşğul olan blog həvəskarları üçün söhbət və müzakirə məaknı) - Saytdə istifadəçilər bu iki otaq kənarında özləri üçün müxtəlif zəminələrdə ümumi və xüsusi söhbət otaqları yarada bilərlər. - Söhbət otaqlarında ümumi və xüsusi surətdə digər istifadəçilərlə söhbət etmək olar.- İstifadəçilər öz yaratdıqları xüsusi otaqı şifrə ilə qovruya bilərlər. yalnız şifrəsi olan istifadəçilər bu otağa daxıl ola bilərlər. - istifadəçilər profillərin təkmil edib və digər istifadəçilərin profilinə baxa billərlər. - istifadəçilər özlərinə avatar yükliyə bilərlər.- İstifadəçilər istədiyi dostunu və ya digər istifadəçiləri öz “xüsusi oataq”larına dəvət edə və rahatlıqla danışa bilərlər.- İstifadəçilər bəyənmədiyi istifadəçiləri rədd edib və iqnor siyahısına qeyd etmək imkanıa malikdilər.- İstifadəçilər digər istifadəçilər haqqında admin və moderatorlara şikayət göndərə bilərlər.- İstifadəçilər sayt üzvlərinin siyahisinə baxa bilərlər.və digər maraqlı imkanlar.Qeyd edim ki mən özümdə faras ləqəbilə ümumən blog və blogçular oatağında online oluram.

Körpə Sürücü! Hyundai firmasının maraqlı reklamı @ 14-10-2008 08:48
Bir Reklam əgər bir gözəl ideya ilə birləşsə, xeyli müştərinin zövqlarının cəzb olunmasına səbəb olacaq. Bu bir dəqiqəlik filmdə, məşhur Hyundai firmasının Santafe markalı maşınlarının reklamın diqqətlə izleyin ;)    

İnternet xəttinizin sürətini yoxlayın @ 11-10-2008 22:55
Bəzən hiss edirsiniz ki internet xəttinin sürəti çox zəyifdir, aya problem internet sürətindəndir yoxsa seyr etdiyiniz saytın həcmi çoxdur? İnternet xəttinizin sürətin yoxlamaq üçün Speed.io saytından istifadə edə bilərsiniz. Speed.io sizin internet xəttin sürətin analiz edir və sizə bu imkanı yaradır ki, tapırsınız sizin internetin sürəti həddindən artıq yavaşdır və ya siz sadəcə öz sürətli internet xəttinizi yoxlayırsiniz və onun yüksək sürətinə əmin olusunuz.Speed.io sizin internetdə yükləmə (Download: internetdən məlumatı almaq) və Upload (internetə məlumatı göndərmə) sürətinizi gösdərir.

YouTube Saytındakı videoları yükləmək üçün ən rahat yol! @ 10-10-2008 10:53
İnternetlə məşğul olan istifadəçilərin çox sayı mütləq məşhur YouTube video iştirak saytını tanıyırlar, və orda olan müxtəlif mövzulardakı videolara baxıb, maraqlanıblar. bəzən olub ki (mənim kimi) isteybisiniz sizi maraqlandıran video və ya videoları öz kompüterinizə yükliyəsız, amma YouTube saytında video yükləmək imkanı yoxdur!TechCrunch saytı YouTube saytındakı videoları yükləmək üçün ən sadə və rahat yolu sizə təklif edir.  kompüterinizə videonu yükləmək üçün saytdakı qutuda videonın YouTube keçidin daxil edin. video flv formatında yükləniləcək və VLC və ya başqa uyğunlaşan proqram təminatıla ona baxa bilərsiniz.flv formatındkı videolara baxmaq üçün bəzi proqramları bu Google axtarışında tapa bilərsiniz.

FaceBook Blog Şəbəkələri @ 08-10-2008 20:25
Məşhur FaceBook saytının milyonlarca istifadəçilərinə verdiyi imkanlardan blog-çular üçün ən yaxşısı Blog Şəbəkələri (Blog networks) imkanıdır. bu imkan Facebook-da sizin blog-unuzu irəli çəkmək və reklam etmək üçün ən yaxşı yoldır. Bloq Şəbəkələri blog-çulərin və blog həvəskarlarının cəmiyyətləridir.  Xüsusiyyətlər:Profilinizdə blog-unuzun təsvirini göstə bilərsiniz. Blogınız və dostlarınızın blogın (sevdiyiniz bloglar) bir yerdə görə bilirsiniz.Mövzu və ölkələr ilə təşkil edilmiş blogların katalogunda axtarışlar apara bilərsiz.Facebook-un daxilində blog məqalələri və yazılarıni oxuyu bilərsiniz.Forumda blog-çuluq haqqında müxtəlif mövzularda müzakilər apara bilərsiniz.FaceBook üzvləri arasında blogınıza olan fanatları bir yerə topliya bilərsiniz.və xeyli digər xüsusiyyətlərBlogınızı bu şəbəkədə qeyd edəndən sonra gərək 10 nəfər dostlarınıza, sistem vasitəsilə blogın sizə aid oldıqın təsdiqləndirmək üçün! sorğu göndərəsiz. Blogınız şəbəkədə qeyd olandan sonra dostlarınıza blogınızın şəbədəki profilin göndərib onlardan sizin blog şəbəkəsinə qoşulmaq üçün dəvət edə bilərsiniz.  Əgər blogınızın azarkeşlərinin sayı 15 nəfərdən çox olsa blogınızın yeni yazıları blogın RSS xidməti vasitəsilə, blogınızın profilində nümayiş olacaq. və bu blogınızın ziyaratçılarının sayının artımına və kataloqun yüksək PageRank-ə malik oldığına görə sizin blogın PageRank-nin yüksəlməyinə kömək edəcək. Blogınızı facebook.com saytının bloglar şəbəksəində qeyd edin və mənim blogıma əgər isteyirsinizsə səs verin, mən bütün AzəriBlog bloglarına bu sistemdə səs veriyəm :)   

Elektron poçtda sürpriz @ 07-10-2008 11:02
Artıq hər bir tələbə həftənin birinci günü elektron poçtunu açanda sürprizlə qarşılaşa bilər.Telebe.az saytı yeni bir yarışmaya start verir. Artıq hər bir tələbə həftənin birinci günü elektron poçtunu açanda sürprizlə qarşılaşa bilər.Bildiyimiz kimi ölkəmizdə mobil telefon artıq bədənimizin bir hissəsinə çevrilib. Amma telefonda kontur yoxdursa, onda insan ya «yalvar cell»dən istifadə edir, ya da xalq arasında məşhur olan və çoxlarının istifadə  etdiyi «vzv» atır.Bəs, həftənin birinci günü telefonunuza 10 manatlıq kontur gəlsə, özünüzü necə hiss edərsiniz? Hər şey telefona kontur yükləməkdən də asandır. Söyləmək çətin deyil  ki, əksəriyyətiniz bu hədiyyədən çox şad olar. Soruşa bilərsiniz, bu necə olar bilər?   1. Hər gün sayta yerləşdiriləcək bir suala cavab ver və həftənin sonunda ən çox xal toplayan iştirakçı ol! Qalib 10 manatlıq kontura sahib olacaq.   2. Hər sualın cavabı bir xalla qiymətləndirilir.   3. Həftənin sonu iştirakçının adı, niki və ya özü haqda istənilən məlumat saytın manşetində, «gündəm» və asudə vaxt rubrikasında yerləşdiriləcək.   4. Konturun 13 rəqəmli kodu qalibin elektron poçtuna göndəriləcək. Cavabları: info@telebe.az elektron poçtuna göndərməlisiniz.Hər kəsə uğurlar!

Sahil

Date: 27.10.2007
Viewed: 139
Category: General
Tag: blog eglence eylence

Share
Report


Related RSSes
General - yaramazadam
Date: 27.10.2007
Viewed: 83
General - Yazdıkları
Date: 27.10.2007
Viewed: 54
General - OndaN BundaN LinK
Date: 27.10.2007
Viewed: 72
   
Olmazmi.com